Bütün bloklar tam performans üçün sınaqdan keçirilir. Məsələn, iç blok freonla yüklənir, onun geremetikliyi və freonun dövriyyəsi zamanı hidravlik səs səviyyəsi ölçülür. Daha sonra freon vakuum olunur və çöl bloka bağlanılır, bundan sonra 20 dəqiqə iş prinsipi yoxlanılır. Bu prosesdə idarəetmə pultu vasitəsilə bütün rejim və funksiyalar yoxlanılır. İşlək vəziyyətdə olan blokdan lazımi parametrlər; səs səviyyəsi, enerji sərfiyyatı təyin olunur və bütün izolyatorlar yoxlanılır. Eyni şəkildə sınaq çöl blokda da həyata keçirilir.
MEQ (Mitsubishi Electric Keyfiyyəti)
Bütün yeni modellər Mitsubishi Electric-də hazırlanmış üç xüsusi sınaqdan keçirlər: çirkli filtrlər və istilik dəyişdiriciləri ilə işləyir, duzlu duşa məruz qalır və çöl blokun davamlı günün altında yerləşdiyi vəziyyətdə işlənməsi testdən keçirilir.
Hər gün bir və ya iki kondisioner zavodun tərkibindəki laboratoriyada daha dərin sınaqlara məruz qalır. Bu laboratoriyada məhsulun texniki xüsusiyyətlərində göstərilmiş bütün parametrlərə cavab verməsi dəqiq yoxlanılır.
Kirlənmiş filterlər və istilik ötürücülərinin təqlidi
Bəllidir ki, filterlər və istilik dəyişdiriciləri mütəmadi olaraq təmizlənməlidir. Lakin hər zaman buna əməl edilmir. Nəticədə isə evaporator buzlaya, kompressor isə qıza bilər. Mitsubishi Electric istifadə qaydalarına riayət etməyi şiddətlə məsləhət görür, o cümlədən qeyri-standart müxtəlif situasiyaları təmin edir. Birinci testdə iç və çöl blokun istilik dəyişdiriciləri qismən örtülür, bu da kirlənmiş filter və istilik dəyişdiricilərinin vəziyyətini imitasiya edir. Testlər 800 saat davam edir. Bu müddət ərzində kondisioner isinməməli və sönməməlidir.
Dözümlülük sınağı
Duzlu yağış
İkinci testdə kondisionerin korroziyaya qarşı davamlılığı yoxlanılır. Çöl blok duzlu yağış olan kameraya yerləşdirilir və 300 saat işləyir. Bu cür işlədikdən sonra kondisionerin istilik dəyişdiricisində, ventilyatorunda və digər detallarında korroziya izləri olmamalıdır. Əlbəttə ki, elektrik elementlərində hər hansı bir zərərdən söhbət belə gedə bilməz. Buna görə də Mitsubishi Electric kondisionerləri hətta heç bir xüsusi performans tələb etmədən özünü dəniz kənarı rayonlarda özünü sübut edib. Поэтому кондиционеры Mitsubishi Electric даже без специального исполнения отлично зарекомендовали себя в приморских районах.
Duzlu yağış testi
İstilik stressi testi
Quraşdırılma üzrə istifadə kitabçasında da qeyd edildiyi kimi kondisionerin çöl blokunun birbaşa günəş şüalarına məruz qalacağı formada quraşdırılması məsləhət görülmür ki, günəşin şüaları çöl blokun korpusunu isitməsin. Əlbəttə yaxşı olardı ki, buna riayət olunsun, lakin bəzi hallarda buqaydaya riayət etmək mümkün olmur. Mitsubishi Electric bu halları təmin edir. Üçüncü testdə xarici blok birbaşa günəşi imitasiya edən infraqırmızı şüalarının altında quraşdırılır. Kondisioner bu vəziyyətdə qızma və təcili sönmə olmadan 1000 saat işləməlidir.
İstilik testi
“Tayfun” eksperimenti
Çöl blokun güclü külək şəraitində iş performansının yoxlanması – Tayfun prosesinin imitasiya edilməsi