Biz sizı eksklyuziv xidmət – alınmış kondisionerlərin əlavə ödəniş olmadan, zəmanət müddətinə toxunmadan anbarda saxlanmasını təmin edirik
Siz əgər kondisioner almaq istəyirsinizsə, lakin yaxın zaman ərzində onu quraşdırmağı düşünmürsünüzsə, (bir obyektin satılması üçün sənədlərin hazırlanması, valyuta bazarındakı qeyri-sabit vəziyyətə görə vaxtından əvvəl alınması, binalarda təmir işləri və s.), şirkətimizin təqdim etdiyi bu xidmətdən istifadə edərək kondisionerinizi ödənişsiz anbarımızda saxlaya bilərsiniz. Alınmış malın anbarda qaldığı zamana verilən zəmanət 5 ildir və zəmanət müddəti malın alındığı gündən deyil, anbarımızdan çıxarıldıqdan sonra hesablanacaqdır